Modern.az

Messi 700-cü oyununda tarixi rekorda imza ATDI - VİDEO

Messi 700-cü oyununda tarixi rekorda imza ATDI - VİDEO

28 Noyabr 2019, 01:01

Ötən gecə UEFA Çempionlar Liqasının 5-ci turu çərçivəsində keçirilən "Barselona" - "Borussia Dortmund" qarşılaşması katalon klubunun kapitanı Lionel Messi üçün əlamətdar olub.

 

Modern.az xəbər verir ki, "Barselona" forması ilə 700-cü oyununa çıxan Messi eyni zamanda tarixi rekorda imza atıb. 

 

Belə ki, Lionel Messi Çempionlar Liqası tarixində 34 fərqli komandaya qol vurmağı bacaran ilk oyunçu adını qazanıb.

 

3-1 hesabı ilə başa çatan oyunda argentinalı hücumçu 1 qol, 2 assistlə yadda qalıb. "Barsa" forması ilə ümumilikdə 700 oyuna çıxan Messi 613 qol vurub, 239 məhsuldar ötürmə edib.

 

T.İSMAYIL

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza