Prezident İlham Əliyev gənc müğənni Zaur Əmiraslanova fəxri ad verib.
Ölkə başçısının bununla bağlı imzaladığı sərəncamda bildirilib:
”Azərbaycanda incəsənətin inkişafında xidmətlərinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında səmərəli fəaliyyət göstərdiyinə görə leytenant Zaur Tariyel oğlu Əmiraslanova “Əməkdar artist” fəxri adı verilsin”.
Modern.az