Modern.az

Xorvatiya prezidenti Azərbaycana gəlib

Xorvatiya prezidenti Azərbaycana gəlib

Təhsil

12 Mart 2012, 10:05

Xorvatiyanın prezidenti İvo Yosipoviç martın 11-də Azərbaycan Respublikasına rəsmi səfərə gəlib. AzərTAc məlumat verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
İvo Yosipoviçi hava limanında Azərbaycan Respublikası baş nazirinin birinci müavini Yaqub Eyyubov və digər rəsmi şəxslər qarşılayıb.

Hava limanının ali qonaqlar üçün salonunda prezident İvo Yosipoviç və baş nazirin birinci müavini Yaqub Eyyubov arasında qısa protokol söhbəti olub.

Martın 13-dək davam edəcək səfər zamanı prezident İvo Yosipoviç Azərbaycan-Xorvatiya biznes forumuna qatılacaq. Forumda kənd təsərrüfatı və qida sənayesi, sənaye, energetika, tikinti, İKT, səhiyyə, əczaçılıq və digər sektorları təmsil edən xorvatiyalı biznesmenlər iştirak edəcək. Bundan başqa, İ.Yosipoviç Azərbaycan rəsmiləri ilə görüşlər keçirəcək. 

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal