Modern.az

Vüqar Səfərli yeni müsabiqəyə qatılan jurnalistlərin sayını açıqladı

Vüqar Səfərli yeni müsabiqəyə qatılan jurnalistlərin sayını açıqladı

12 Mart 2012, 12:01

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  (KİVDF)  2012-ci il Novruz Bayramı münasibətilə elan etdiyi fərdi jurnalist yazıları müsabiqəsinə ərizə qəbulu ötən həftə başa çatıb.
KİVDF-nin icraçı direktoru Vuqar Səfərli Modern.az saytına bildirib ki, budfəfəki müsabuqəyə 95 yazı təqdim olunub.   

V.Səfərlinin sözlərinə görə, yaxın günlərdə ekspertlərin qiymətləndirməsi başa çatacaq və qaliblər elan olunacaq. O, qaliblərin mükafatlandırma mərasiminin martın 17-də “Sarı gəlin” şadlıq sarayında keçiriləcəyini söyləyib.

İcraçı direktor onu da bildirib ki, Fondun müsabiqələrinə təqdim olunan yazıların sayı ildən-ilə çoxalır. Əvvəlki illərdə yazıların sayı 70-80 olurdusa, indi bu rəqəm 95-ə çatıb.

Qeyd edək ki, KİVDF-nin elan etdiyi fərdi jurnalist müsabiqəsi martın 6-da başa çatıb.

Mail Ağaxanov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi