Tələbə Qəbulu üzrə Dövlət Komissayası növbəti tədris ili üçün respublikanın ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarında nəzarətçi kimi iştirak edəcək müəllimlərlə seminar-məşğələləri davam etdirir.
Komissiyadan Modern.az-a bildirlib ki, seminarlar Bakı şəhəri ilə yanaşı, respublikanın müxtəlif bölgələrində də aparılır.
Nəzarətçi müəllimlərin imtahan texnologiyaları haqqında məlumatlarının daha da genişləndirilməsi məqsədi ilə 2012-ci il fevral ayının 13-dən martın 10-dək olan müddətdə Bərdə, Ağcabədi, Göygöl, Samux, Yevlax, Ağdaş, Göyçay, Mingəçevir, Masallı, Cəlilabad, Qax, Salyan, Şirvan, Oğuz və Gəncədən olan nəzarətçi-müəllimlərə seminar-məşğələlər keçirilib. Bu rayonlarda nəzarətçilər bazasına yeni müəllimlər cəlb olunaraq təkmilləşməsi prosesi başa çatıb.
Seminar məşğələlərin planına əsasən iştirakçılara əvvəlki illərdə keçirilmiş qəbul imtahanlarında nəzarətçilərin fəaliyyətləri ilə əlaqədar aparılmış təhlil əsasında hazırlanmış ümumiləşdirilmiş təlim məlumatları çatdırılıb, qəbul imtahanın texnologiyası barədə geniş məlumat verilib, nəzarətçinin imtahan günü və imtahan zalında görməli olduğu işlər mərhələli olaraq izah edilib.
Hal-hazırda(12-13 mart) Naxçıvan Muxtar Respublikasından olan nəzarəçilərlə seminarlar keçirilir. Martın 14-də və 15-də isə Quba, Qusar və Xaçmaz şəhərlərində məşğələlər aparılacaq.
Modern.az