Modern.az

Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb

Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb

29 Noyabr 2019, 18:37

Azərbaycan Prezidentinin köməkçilərinin sayı artırılıb.

 

Modern.az-ın xəbərinə görə, bu, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının yeni strukturunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamında əksini tapıb.

 

Yeni strukturda Azərbaycan Prezidentinin köməkçilərinin sayı 8-dən 9-a qaldırılıb. Müvafiq sərəncamlarla Cəmilə Abbasova, Anar Ələkbərov, Kərəm Həsənov, Zeynal Nağdəliyev, Məhərrəm Əliyev, Fuad Ələsgərov, Hikmət Hacıyev, Şahmar Mövsümov və Natiq Əmirov Azərbaycan Prezidentinin köməkçisi təyin ediliblər. 

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI