Modern.az

Bakıda Analığın qorunmasına dair konfrans keçirilir

Bakıda Analığın qorunmasına dair konfrans keçirilir

Təhsil

12 Mart 2012, 14:30

Modern.az-ın məlumatına görə, bu gün “Lider” Qadınlar İctimai Birliyinin təşəbbüsü və Azərbaycan Tibb Universitetinin,  Türkiyənin Qadın Sağlıqçılar  və  Beynəlxalq Yerüzü Doktorlar Təşkilatlarının dəstəyi ilə “Analığın qorunması minilliyin ən əsas məqsədidir: Repoduktiv sağlamlıq və bioetika” mövzusunda iki günlük konfrans öz işinə başlayıb. Konfransda çıxış edən “Lider” Qadınlar İctimai Birliyinin sədri, millət vəkili Məlahət İbrahimqızı tədbirin əhəmiyyətini yüksək qiymətləndirərək, səhiyyə ilə bağlı beynəlxalq qurumların qarşısında duran vəzifələrdən danışıb:

“Bu gün səhiyyə ilə bağlı beynəlxalq qurumların qarşısında uşaqların, qadınların qorunması uşaq və qadınların ölümü kimi vacib məsələlər durur.  Azərbaycanda da bu məsələ ilə bağlı böyük işlər görülür. Səhiyyə Nazirliyinin gördüyü mühüm işlər buna nümunədir. Azərbaycanın Milli Məclisində də bununla ba qanunvericilik sahəsində bir çox işlər görülüb”

Konfransda millət vəkilləri Hadi Rəcəbli, Musa Quliyev, Əhliman Əmiraslanov, İlham Məmmədov, Sahibə Qafarova, Sevinc Hüseynova iştirak ediblər.

Qeyd edək ki, konfransda millət vəkili Məlahət İbrahimqızının dəvəti ilə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun həyat yoldaşı Sara Davudoğlunun rəhbərlik etdiiyi nümayəndə heyəti də iştirak edir.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal