Modern.az

Bakıda şirkət rəhbəri həbs olunub

Bakıda şirkət rəhbəri həbs olunub

Təhsil

12 Mart 2012, 15:40

Modern.az-ın Baş Prokurorluğun mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, "Oskar Qrup" MMC tikinti şirkətinin rəhbəri Muxtar Bayramov bir neçə gün öncə korrupsiya cinayətində ittiham olunaraq həbs edilib.

Məlumata görə, M.Bayramov vətəndaşların etibarından sui-istifadə edərək payçıların pulunu mənimsəməkdə ittiham olunur.

Qeyd edək ki, o, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə müraciəti əsasında keçirilən əməliyyat zamanı saxlanılıb və barəsində cinayət işi başlanıb.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal