Modern.az

AVRO-2020-nin püşkü atıldı: Türkiyə millisi iki oyununu Bakıda keçirəcək

AVRO-2020-nin püşkü atıldı: Türkiyə millisi iki oyununu Bakıda keçirəcək

30 Noyabr 2019, 22:02

Noyabrın 30-da Rumıniyanın paytaxtı Buxarestdə 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa Çempionatının püşkatma mərasimi keçirilib. 

Modern.az xəbər verir ki,  püşk nəticəsində AVRO-2020-nin qruplarının tərkibi müəyyənləşib.

Püşkün nəticələri komandaları qrupları aşağıdakı qruplara salıb:


A qrupu: Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Hollandiya, Ukrayna, Avstriya, A və ya D Liqasının qalibi

D qrupu: İngiltərə, Xorvatiya, C Liqasının qalibi, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, B Liqasının qalibi

F qrupu: D Liqasının qalibi, Portuqaliya, Fransa, Almaniya


Qeyd edək ki, Avropa çempionatının 60 illik yubileyi münasibətilə qitə birinciliyinin oyunları Avropanın 12 şəhərində - Sankt-Peterburq, London, Münxen, Bakı, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdamda keçiriləcək.

Azərbaycan paytaxtında – Bakı Olimpiya Stadionunda A qrupunun 3, dörddəbir final mərhələsinin isə bir qarşılaşması keçiriləcək. 

Püşün nəticəsinə görə, Türkiyə millisi iki oyununu Bakıda keçirəcək. Belə ki, iyunun 17-də Türkiyə - Uels, iyunun 21-də isə İsveçrə - Türkiyə matçları Azərbaycan paytaxtında təşkil olunacaq. Bundan başqa iyunun 13-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları üz-üzə gələcək. 

“Avro 2020”yə son 4 vəsiqə uğrunda UEFA Millətlər Liqasında daha yaxşı çıxış etmiş 16 komanda mübarizə aparacaq. Noyabrın 22-də püşkatmadan sonra liqalar üzrə yarımfinallarda qarşılaşacaq rəqiblər aşağıdakı kimi müəyyənləşib:

A liqası: İslandiya – Rumıniya və Bolqarıstan – Macarıstan.

B liqası: Bosniya və Herseqovina - Şimali İrlandiya və Slovakiya – İrlandiya.

C liqası: Şotlandiya – İsrail və Norveç – Serbiya.

D liqası: Gürcüstan – Belarus və Şimali Makedoniya – Kosovo.

Bu görüşlər gələn ilin martında keçiriləcək.

“Avro-2020”nin final mərhələsində qruplarda ilk iki yeri tutacaq komandalar, habelə üçüncü yeri tutan yığmalar arasında ən yaxşı nəticə göstərən yığmalar səkkizdəbir finala yüksələcəklər. Avropa çempionatının final mərhələsi iyunun 12-dən iyulun 12-dək keçiriləcək. Çempionatın final matçı Londonun “Uembli” stadionunda baş tutacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?