“Azəriqaz” ASC-nin mətbuat xidmətinin rəhbəri Kamandar Eyvazlı tutduğu vəzifədən azad edilib. Onun yerinə - mətbuat katibi postuna Araz Ağayev gətirilib. “Yeni Müsavat”ın məlumatına görə, Kamandar Eyvazlı “Azəriqaz” ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsində müxbir kimi fəaliyyət göstərəcək.
Qeyd edək ki, Araz Ağayev 1999-2006-cı illərdə “Kaspi” qəzetində çalışıb. Xidmət rəhbəri təyin olunanadək isə ARDNŞ-nin Neft-Qaz Elmi-Tədqiqat Layihə İnstitutunda kadrlar şöbəsinin rəisi vəzifəsində çalışıb.
Modern.az