Modern.az

Şəmkirdəki qəzada bir ailənin 5 üzvü öldü - ADLAR

Şəmkirdəki qəzada bir ailənin 5 üzvü öldü - ADLAR

Aktual

1 Dekabr 2019, 22:25

Şəmkir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı ölən beş nəfərin şəxsiyyəti məlum olub.

Modern.az  Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupuna istinadən xəbər verir ki, qəzada dünyasını dəyişənlərin hamısı Şəmkir rayon sakinləridir.

Onlar bir yaşlı Əliyeva Həyat Rəşad qızı, 1994-cü il təvəllüdlü Orucova Nübar Dilqəm qızı, 1974-cü il təvəllüdlü Orucov Vüqar Bayram oğlu, 1970-ci ilə təvəllüdlü Orucov Dilqəm Bayram oğlu və 1971-ci il təvvəlüdlü Orucova Rəsmiyyə Nürəddin qızıdır.

***

Şəmkir - Gədəbəy avtomobil magistralında ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az APA-ya istinadən  xəbər verir ki, hadisə avtomagisrtalın Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

"Mitsubishi Pajero" ilə “VAZ-21011” markalı minik avtomobillərinin toqquşması nəticəsində iki kişi, iki qadın və bir azyaşlı olmaqla, 5 nəfər ölüb.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb edilib.

Hazırda ölənlərin kimliyi müəyyənləşdirilir, faktla bağlı araşdırma başlanılıb.

Sizə yeni x var
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU