Modern.az

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət etdi

Bakı Nəqliyyat Agentliyi sərnişinlərə müraciət etdi

2 Dekabr 2019, 10:08

Bakı Nəqliyyat Agentliyi paytaxtda küləkli hava şəraiti ilə əlaqədar yol hərəkətı iştirakçılarına müraciət edib. 

 

Modern.az-ın məlumatına görə, qurum vətəndaşlara ehtiyatlı olmağı tövsiyə edib. 

 

"Sərnişinlərdən xahiş edirik ki, avtobus dayanacaq pavilyonlarında gözləyərkən diqqətli olsunlar. Dayanacaq məntəqəsinin ərazisindən kənarda avtobusa minib-düşməsinlər. Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində eyni qaydalara riayət etsinlər. 

 

Sürücülərə tövsiyə edirik ki, hərəkətdə olan zaman yollarda müəyyən edilən sürət həddinə və yol nişanlarının tələblərinə əməl etsinlər.

 

Hava şəraiti ilə əlaqədar paytaxt yollarına və ictimai nəqliyyat infrastrukturlarına nəzarət gücləndirilib. Hər hansı bir narahatlıq olduğu zaman Bakı Nəqliyyat Agentliyinin 141 Çağrı Mərkəzinə zəng etmənizi xahiş edirik", - müraciətdə qeyd olunub. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?