Modern.az

Nazirlik: “Havaların soyuq keçməsi heyvandarlığa və arıçılığa ziyan vurub”

Nazirlik: “Havaların soyuq keçməsi heyvandarlığa və arıçılığa ziyan vurub”

Təhsil

12 Mart 2012, 18:54

Bu il qış ayının sərt keçməsi bəzi sahələrə öz mənfi təsirini göstərdi. Hazırda mart ayı olmasına baxmayaraq, havalar istiləşmək bilmir. Hətta dünən  Bakıda havanın minimal temperaturu -2.8 dərəcə şaxta təşkil edib. Bununla da, 1900-cü ildə sutkalıq rekord göstərici (-2.0 dərəcə şaxta) təzələnib.

Havaların bu cür soyuq keçməsi kənd təsərrüfatına ziyan verməyib ki?

Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev Modern az saytının sualına cavab olaraq deyib ki, Azərbaycanda havaların bu cür sərt keçməsi taxılçılıq və meyvəçiliyə ziyan vurmasa da, heyvandarlıq sahəsi müəyyən qədər ziyan çəkib. Onun sözlərinə görə havaların şaxtalı keçməsi kənd təsərrüfatı və əkinçiliyə müsbət təsir edib:

“Əksinə, bu cür hava taxılçılıq üçün daha əlverişlidir. Hazırda taxıl bitkiləri elə bir inkişaf fazasındadır ki, havaların belə soyuq olması kənd təsərrüfatı üçün, xüsusilə də taxılçılıq üçün daha münasibdir. Bu cür sərt hava şəraiti taxıl sahələrində gəmiricilərin də məhv olmasina səbəb olur. Ona görə də hələlik taxıl sahələrində belə gəmiricilərə rast gəlinməyib. Keçən il gəmiricilər taxıl sahələrinə müəyyən qədər ziyan vurmuşdu. Həmin il taxıl sahələrini bu gəmiricilərdən qorumaq üçün kifayət qədər mübarizə apardıq. Amma bu il buna ehtiyac qalmayacaq”. 

Murtuzəli Hacıyev meyvəçiliyə də ziyan dəymədiyini deyir. Onun sözlərinə görə meyvə ağacları hələ sükut dövrünü yaşadığından meyvəçiliyə heç bir ziyan dəyməyib.  

Meyvəçilik və taxılçılıq bu cür hava şəraitindən ziyan görməsə də, heyvandarlıq sahəsinə müəyyən qədər ziyan dəyib.

M.Hacıyevin sözlərinə görə, qışın özünü sərt göstərməsi qoyunçuluq və arıçılıq sahəsinə bir qədər ziyan vurub: “Havalar yağıntılı keçdiyindən heyvandarlar yem tədarükü görə bilmirlər. Ehtiyat yemlərdən istifadə etmək məcburiyyətində qalırlar. Təbii ki, bu da heyvandarların büdcəsinə müəyyən qədər ziyan vurur.  Havaların sərt keçməsi isə arıçılığa müəyyən qədər ziyan vurub”.

Gültəkin Ələsgər

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal