Modern.az

Aynur Camalqızı: “Nazirliklə danışıb problemi yoluna qoyduq”

Aynur Camalqızı: “Nazirliklə danışıb problemi yoluna qoyduq”

4 Dekabr 2019, 12:32

Bir neçə saytın (anews.az, publika.az və aznews.az) məhkəmə qərarı ilə bağlandığı barədə xəbər yayılıb.

Bildirilir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin ərizəsi əsasında Səbail rayon Məhkəməsinin qərarı ilə həmin saytların fəaliyyətinin məhdudlaşdırılması haqqında qərar qəbul edilib.

Modern.az-ın əməkdaşı məsələ ilə əlaqədar publika.az saytının rəhbəri Aynur Camalqızı ilə əlaqə saxlayıb.

 

Aynur Camalqızı bildirib ki, xəbər qismən doğrudur.

 

“Ona görə qismən doğrudur ki, burda bloklanmadan yox, saytda gedən bir reklamın yayımının məhdudlaşdırılmasından söhbət gedir. Bu da “Xbet” oyunlarının reklam yayımı ilə əlaqədar idi. Biz dünən Nazirliklə danışdıq və bu problemi yoluna qoyduq. Reklamı saytdan çıxardıq və Publika.az öz fəaliyyətini köhnə qaydada davam etdirir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı