Modern.az

Baş Prokurorluq yeni korrupsiya faktı açıqladı

Baş Prokurorluq yeni korrupsiya faktı açıqladı

Təhsil

13 Mart 2012, 13:58

Baş Prokurorluğun mətbuat xidməti saxta sənədlərlə banklardan külli miqdarda kredit götürmüş şəxslər ifşa olunduğunu bəyan edib.

Rəsmi məlumata görə, bir qrup şəxsin saxta sənədlərdən istifadə etməklə müxtəlif banklardan külli miqdarda kredit götürmələri faktı ilə əlaqədar Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə vətəndaşlardan daxil olmuş müraciətlər araşdırıllb.

"Müəyyən edilmişdir ki, Ramiz  Məmmədov və qeyriləri cinayət əlaqəsinə girərək Dövlət Neft Şirkətinin "Azərneftyağ" Neft Emalı zavodunun, Nəqliyyat Nazirliyinin 7 saylı Yaşıllaşdırma idarəsinin və digər dövlət təşkilatlarının möhür və ştampları vurulmuş kənar şəxslərin güya həmin idarələrdə işləmələri və yüksək əmək haqqı almaları barədə saxta arayışlar hazırlayaraq Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən müxtəlif banklardan 100.000 manatdan artıq kredit götürmüşlər.

Fakta görə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1,  320.1 və 320.2-ci maddələri ilə cinayət işi başlanmış, istintaq aparılır"-deyə rəsmi məlumatda qeyd edilir.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal