Populyar müğənni İlhamə Qasımova Avropada yenidən möhtəşəm konsert proqramı ilə çıxış edib. Alman mətbuatının yaydığı xəbərə görə, müğənninin DJ OBG ilə konserti mart ayının 10-da Almaniyanın Berlin şəhərindən bir qədər kənarda yerləşən “EventArena”da keçirilib. Konsertə 1000-dən cox tamaşaçı qatılıb. İ.Qasımovaya bu məkanda konsert vermək təklifi “EventArena”dan gəlib. Müğənninin prodüserləri Mark Dollar, Maykl Maylsın verdiyi məlumata görə, İlhamə Qasımova martın 19-da daha bir konsertdə iştirak etmək təklifi alıb. Produsserləri İlhamə Qasımovanın mart ayının 19-da İsvecrənin Bern şəhərində düzənlənən Novruz konsertində iştirak edəcəyini bildiriblər. Məlumata görə, konsert Azərbaycanın bu ölkədəki diasporunun və səfirliyinin təşkilatcılığı ilə keciriləcək. Konsertə İsvecrənin hökümət adamları, diplomatik qurumların nümayəndələri də dəvətlidirlər. Konsert proqramına bu il İsvecrəni “Eurovizion” beynəlxalq mahnı yarışmasında iştirak edəcək “Sinplus” qrupu da qatılacaq. Qeyd edək ki, artıq Avropanın əksər məşhur kanallarında müğənnimizin konsertləri ilə bağlı reklam rolikləri yayımlanır.
//www.youtube.com/watch?v=ER-VHbImHBI&feature=player_embedded