Bu gün “Hilton” otelində Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası (ARGTMŞ) Avrasiya Əməkdaşlıq Fondu ilə birlikdə “Yeni media” mövzusunda dəyirmi masa keçirib. Əsasən rusdilli medianın nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə Azərbaycanda yeni media, sosial şəbəkələr mövzusunda müzakirələr aparılıb. Məruzəçilər son illərdə sosial şəbəkələrin artıq mediaya çevrilməsindən, informasiyanın ötürülməsində dinamikadan söhbət aparıblar.
Gənclərin sosial mediada daha aktiv fəaliyyəti də dəyirmi masa iştirakçıları tərəfindən səsləndirilən fikirlər sırasında olub. Tədbirdə “Trend” xəbərlər şirkəti, “Ria novosti” informasiya agentliyinin nümayəndələri, o cümlədən bloggerlər iştirak ediblər. Ciddi müzakirələr şəraitində keçən dəyirmi masada əsas mövzulardan biri kimi bu gün ölkəmizdə yeni medianın klassik media ilə oxşar və fərqli cəhətləri, rusdilli medianın ölkənin ictimai-siyasi həyatında rolu olub.