Modern.az

Səfirlə eks-nazirin QALMAQALI: “Mən olanı yazmışam”

Səfirlə eks-nazirin QALMAQALI: “Mən olanı yazmışam”

5 Dekabr 2019, 13:08

Azərbaycanın Macarıstandakı səfiri, tənqidçi, ədəbiyyatşünas, tərcüməçi Vilayət Quliyevin sabiq rabitə naziri Nadir Əhmədovu plagiatlıqda ittiham etməsinə qarşı tərəfin cavabı gecikməyib.

Vilayət Quliyevin “Türk ordusunun azərbaycanlı generalları" adlı məqaləsini oğurlamaqda ittiham olunan Nadir Əhmədov Modern.az-a açıqlamasında bildirib ki, səfirin dedikləri əsassızdır:


“Doğrudur, yazdığım “İblis xislətli erməni" kitabımda onun “Türk ordusunun azərbaycanlı generalları” adlı məqaləsindən istifadə etmişəm. Bunu inkar etmirəm,  Amma “sərlövhəsini və bir sözünü də dəyişmədən” sözləri ağır ittihamdır.
Buna görə də Vilayət müəllimin belə deməsindən və məsələni sosial şəbəkədə ictimailəşdirməsindən çox təəssüfləndim.
Mən axı yazdığım kitabda onun müəllifi olduğu "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinə istinad etmişəm. Bu barədə kitabımın 87-ci səhifəsində "Türk ordusunun azərbaycanlı generalları" məqaləsinə istinad qeydi edilib. İstinad varsa, "plagiatlıq edib" demək nə dərəcədə doğrudur? Başqa nə deyim...”.

Əməkdaşımız Nadir Əhmədovun Vilayət Quliyevə cavabına səfirdən münasibət öyrənməyə çalışıb.

 

Vilayət Quliyev bir daha Nadir Əhmədov haqqında söylədiyi fikirlərin üstündə dayandığını vurğulayıb.

 

“Mən olanı yazmışam. Əlavə diskussiyaya lüzum görmürəm. Maraqlıdırsa, özünüz jurnalist təhqiqatı apara bilərsiniz”, - deyə o bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı