Millət vəkili Etibar Hüseynovun Mixayıl Qarbacovdan Nobel mükafatinının geri alınması ilə bağlı təşəbbüsünün beynəlxalq rezonans yaratması barədə məlumat vermişdik. Rusiyanin “İnterfax.ru”, “Lenta.ru”, “Utro.ru” kimi portalları, eləcə də Baltikyanı ölkələrin, Ukraynanın və Qazaxstanın bir sıra populyar media orqanları bu msələni ətraflı şərh edib. Bununla yanaşı postsovet ölkələrinin tanınmış ictimai-siyasi xadimləri və millət vəkilləri də Azərbaycanlı deputatın təklifini bəyəndiklərini bildiriblər.
Dünən günün ikinci yarısında Etibar Hüseynovun Norvec səfirliyinə cağırılması və ondan izahat tələb olunması ilə baglı məlumat aldıq. Mövqeyini öyrəndiyimiz millət vəkilı faktı dolayısı ilə təsdiqlədi. Ancaq ondan izahat tələb olunması ilə bağlı informasiyanın həqiqət olmadığını bildirdi.
“Mən suveren bir dövlətin bitərəf millət vəkiliyəm. Hec bir xarici təşkilatı və ya dövləti təmsil edən diplomatın məni sorğu-sual etməsi mümkün deyil. Mən Norvec səfirliyinə deyil, cənab səfirin iqamətgahına dəvət almışam. Cənab səfir məni Norveçli qonaqlar ücün təşkil etdiyi şam yeməyinə dəvət edib və mən də bu dəvəti qəbul edib həmin ziyafətdə iştirak etmişəm”.
Etibar Hüseynov bildirdi ki, şam yeməyində digər ölkələrin də Azərbaycanda fəaliyyət göstərən səfirləri və diplomatik korpusun nümayandələri iştirak edib:
“Fürsətdən istifadə edib Norvec səfiri cənab Erlinq Şönsberqlə geniş fikir mübadiləsi apara bildim. Cənab səfirə məsələnin məğzi barədə ətraflı məlumat verdim. “Nobel” kimi nüfuzlu bir mükafatın Qarbacov kimi, əli yüzlərlə insanin qanina batmiş, bir şəxsə verilməsinin bu mötəbər mükafatin reputasiyasina ciddi bir ləkə olmasını cənab səfirin diqqətinə bir daha catdırdım. Mən haqq ədalətin gec-tez zəfər calacağina, “Nobel” komitəsinin müdriklik nümayiş etdirərək bu mükafatı Mixayil Qarbacova münasibətdə geri cağıracağına ümidvar olduğumu bildirdim. Cənab səfirə Norvec kralı, Norvec parlamentinin spikeri və üzvlərinə o cümlədən “Nobel” mükafatı komitəsi və Nobel ailəsi üzvlərinə göndərdiyim müraciət və bu müraciət əsasinda hazirladıgım filmin diskini təqdim etdim. Cənab səfirdən məsələni diqqətdə saxlamağı və təmsil etdiyi ölkənin rəsmi dairələrini mütümadi məlumatlandırmağı xahiş etdim”.
Səfir Şönsberq Etibar Hüseynova məsələdən xəbərdar olduğunu, bununla bağlı yerli mətbuatda gedən xəbərləri müntəzəm olaraq izlədiyini bildirib:
“Səfir məni diqqətlə dinlədi və bu söhbətin onda məsələni daha dərindən öyrənmək və araşdırmaq həvəsi yaratdığını bildirdi. O məsələni bundan sonra daha diqqətlə izləyəcəyini də söylədi”.
Etibar Hüseynov sözügedən tədbirdə Niderland Kralliğının səfiri Aryen Uyterlinde də görüşdüyünü və bu məsələ ilə bağlı ona da ətraflı məlumat verdiyini və Niderland səfirinə də müraciətinin mətnini və filmin diskini təqdim etdiyini bildirdi.
Modern.az