Modern.az

Jurnalist Natiq Cavadlıya ad günündə ağır itki üz verib

Jurnalist Natiq Cavadlıya ad günündə ağır itki üz verib

14 Mart 2012, 11:01

Tanınmış jurnalist, “Bizim yol” qəzetinin əməkdaşı Natiq Cavadlının ailəsinə itki üz verib. Modern.az saytının məlumatına görə, martın 12-də jurnalistin əmisi İsmət Musayev dünyasını dəyişib.

N.Cavadlının sözlərinə görə, milli-azadlıq hərəkatının iştirakçısı olmuş əmisi son illər səhhətində yaranmış problemlə əlaqədar evdən çölə çıxa bilmirmiş.

”Hər həftə ziyarətinə gedir, bir qədər də mübahisə edərdik. Son gününə qədər "bu millət niyə belə oldu" deyən əmim bütün ziddiyyətləri ilə bərabər narahat getdi bu dünyadan”.

Qeyd edək ki, əmisi rəhmətə gedəndən bir gün sonra – martın 13-də Natiq Cavadlı ad gününü qeyd etməliydi, onun 41 yaşı tamam olub.
”Ad günümü bir gün əvvəl vəfat etmiş əmim İsmət Musayevi dəfn etməklə keçirdim”-deyə jurnalist bildirib.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi