Modern.az

Qan xərçəngi olan 42 uşağa yardım lazımdır

Qan xərçəngi olan 42 uşağa yardım lazımdır

29 Dekabr 2009, 09:49

Əlillərin Dizayn Assosasiyası (ƏDA), “Azersun Holdinq” Şirkətlər Qrupunun İctimayyətlə əlaqələr və Sosial xidmətlər departamenti Humanitar şöbəsi ilə birlikdə,  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə  yardımı ilə “Onkoloji Xəstələrə, Onkohemetoloji Xəstə Uşaqlara və Ailələrinə İnstisional Yardım Mərkəzinin” yaradılması layihəsinin tədbirlər planı çərçivəsində, “Uşaq ili”nin yekunu, Dünya Azərbaycanlılarının Həmrəylik Günü və  Yeni il  münasibəti ilə Respublika Uşaq Klinikası Mərkəzinin Hemotoloji şöbəsində, leykoz, leykemiya və digər qan xərçəngi diaqnozu ilə yatan 42 uşaq üçün bayram tədbiri keçirib.

        Tədbirin təşkilatçıları uşaqlara yaş və xəstəliklərinin ağırlıq vəziyyətinə,   yataq xəstələrinin səhhətinə uyğun olaraq hədiyyələr, oyuncaqlar, rəsm materialları, şirniyyatlar, meyvələr, şirələr, gigiyenik dəstlər paylayıb, onlar üçün Şaxta Babanın gəlişini təşkil ediblər. Bu tədbir reanimasiyada yatan ağır diaqnozlu xəstə uşaqları sevindirib. Əlillərin Dizayn Assosasiyasının rəhbəri Solmaz Əzizova Modern.az-a bildirib ki, bu qəbildən olan  xəstə  uşaqlar üçün ilk dəfə idi ki, İctimai təşkilat tərəfindən belə təşəbbüs göstərilirdi: “Bir bayram sevinci bəxş etməklə yanaşı eyni zamanda bu uşaqların və valdeynlərin sosial ehtiyacları haqqında da məlumatlar topladıq. Bu gün bu uşaqların  yalnız müalicəyə ehtiyacı var. Bildiymiz kimi qan xərçənginin müalicəsi ölkə xaricində aparılır. Uşaqlar və ailələrinin ehtiyacları haqqında məlumat bazası hazırlanır və bu haqda əlavə məlumatlar verəcəyik. Sadəcə olaraq bayram ərəfəsində heç kimi məyus  etmək istəməzdim. Ancaq xahiş edirik ki, bu uşaqlarla bağlı məlumatları ictimayyətə çatdırın ki, hər kəs bilsin ki, belə ölümlə anban mübarizə aparan uşaqlarımız var!

        Bütün KİV Rəhbərlərindən və Nümayəndələrindən  xahişim gələcəkdə  bu uşaqlara yardım etməkdə bizə kömək etsinlər”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Azərbaycana şok MESAJ