Daxili İşlər Nazirliyi Maştağa qəsəbəsində baş verən bədbəxt hadisə barədə rəsmi məlumat yayıb. Məlumata görə, martın 13-də Sabunçu rayonunun Maştağa qəsəbəsində yaşayan İbrahim Ağayevin evində, oğlu 7 yaşlı Əlirza atasına məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəşdən qohumu 7 yaşlı Südəfxanım Abbasova xəsarət alıbr. Xəstəxanaya yerləşdirilmiş uşaq orada ölüb. Sabunçu RPİ 14-cü PB əməkdaşları tərəfindən hadisə yerindən 1 ədəd ov tüfəngi götürülüb.
Modern.az