Modern.az

“Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri  

“Deputatın dəfninə İsraildən gələnlər var” – İcma sədri  

7 Dekabr 2019, 18:03

Dünən Milli Məclisin V çağırış deputatı Yevra Abramov dünyasını dəyişib. Yəhudi əsilli deputatın dəfn mərasimi isə bazar günü Quba rayonunda baş tutacaq. Yevda Abramovun qızının açıqlamasına görə yəhudi dini adətlərinə görə şənbə günü müqəddəs hesab olunduğundan deputat bazar günü dəfn ediləcək.

 

Modern.az saytının əməkdaşı məsələ ilə bağlı Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının sədri Yuri Naftalievlə əlaqə saxlayıb.

 

Yuri Naftaliyev bildirib ki, Yevda Abramov uzun müddətdir Milli Məclisdə çalışıb və seçiciləri ondan həmişə razı olub.

 

“Bütün Quba sakinləri Yevda Abramovdan razı idi. Vaxtilə Yevda Abramov məktəbdə müəllim kimi çalışırdı, güclü savada malik idi, bütün şagirdləri ondan razı qalırdı. Milli Məclisə deputat kimi getdikdən sonra da Quba camaatı ilə tez-tez əlaqələr yaradıb, onların problemlərini həll edirdi”.

 

Yuri Naftaliyev qeyd edib ki, şənbə yəhudilər üçün istirahət günüdür.

 

“Biz həmin gün istirahət edirik, işləmirik. Şənbə günləri ravinlər maşınlara minmirlər. Müsəlmanlarda dəfn mərasimini mollalar, bizdə isə ravinlər yerinə yetirir. Buna görə də Yevda Abramovun dəfni də sabah saat 1-də baş tutacaq. İsraildən Yevda Abramovun dəfni üçün onun ətrafından, tanıdığı şəxslər də qatılacaq. Gün ərzində bu barədə saysız-hesabsız zənglər gəlir. Hələki dəfndə iştirak edəcək şəxslər İsraildən gəlib çıxmayıb. Şənbə günü çıxan kimi Yevda Abramov torpağa tapşırılacaq.”

Nuranə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Vaşinqtonda Azərbaycanla Ermənistan arasında kritik görüş - Razılıq var