Modern.az

Deputat Türkiyə ilə vizanın ləğv olunmamasında Azərbaycanı ittiham etdi

Deputat Türkiyə ilə vizanın ləğv olunmamasında Azərbaycanı ittiham etdi

Parlament

14 Mart 2012, 16:43

Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Türkiyə ilə Azərbaycan arasında viza rejiminin ləğv olunmamsının günahını Azərbaycan tərəfində görür. Deputatın fikrincə, qardaş ölkə ilə bu məsələdə ortaya qoyulan arqumentlər gülünc və məntiqsizdir.

“Bununla bağlı deməyə artıq bir söz yoxdur. Bu məsələdə əsas günahlar Azərbaycan tərəfindədir. Azərbaycan tərəfinin gətirdiyi arqumentlərdə əsaslı heç nə yoxdur. Bu bilirsiz nəyə oxşayır? Ölkədə Koroğluya, Babəkə abidə qoyurlar, amma Azərbaycanı işğaldan azad edən Nuru Paşanın adına heç qoz qabığı qədər dəyər verilmir. Gündə yüz dəfə mənasız çıxışlar edir, Türkiyə-Azərbaycan qardaşdır deyirik. Viza məsələsini konkretləşdirməyə gələndə heç bir qardaşlıq yada düşmür. Hətta Gürcüstan Rusiya ilə viza rejimini birtəfərli qaydada aradan götürdü. Bizdə görünür böyük bir qorxu var. Kimlərinsə pul qazanması üçün Türkiyə-Azərbaycan münasibətlərinin pozulması düzgün deyil. Bunun məntiqi izahı yoxdur. Mən bunu qınayıram. Azərbaycan dərhal Türkiyə ilə viza rejimini ləğv etməlidir. Burda heç bir bəhanə olmamlıdır”.

Millət vəkili qeyd edib ki, Azərbaycan tərəfinin səsləndirdiyi bəhanələr daha çox İranla bağlıdır.
”Qeyd edilir ki, Azərbaycan Türkiyə ilə vizanı götürərsə, o zaman İranla da analoji addım atılmalıdır.

Biz niyə belə addım atırıq, açığı mən təəccüb içindəyəm. Türkiyə tərəfi dəfələrlə bildirir ki, “biz vizanı qaldırırıq, siz də qaldırın”. Axı Türkiyə ilə İranı niyə müzakirə edirlər, bax, bu məni təəccübləndirir. İran Ermənistana dəstək verək ölkədir. Türkiyə isə daim bizim yanımızda olan ölkədir. Türkiyə ilə İranı bir tərəziyə qoymaq çox böyük ədalətsizlikdir”.

F.Mustafa bildirib ki, prosesə mane olan əsas məsələlərdən biri də məmurların gündəlik gəlirlərinin azalmasıdır.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım