Modern.az

Deputatlar: “Biz hökumətin hesabatı barədə sözümüzü Milli Məclisdə deyəcəyik”

Deputatlar: “Biz hökumətin hesabatı barədə sözümüzü Milli Məclisdə deyəcəyik”

Parlament

14 Mart 2012, 17:05

Modern.az-ın xəbər verdiyi kimi, Nazirlər Kabinetinin 2011-ci iləı dair hesabatı sənədi bir neçə gün öncə Milli Məclisin deputatlarına təqdim olunub. Hökumətin illik hesabatı parlamentin martın 16-da keçiriləcək iclasında müzakirəyə çıxarılacaq. Nazirlər Kabinetinin 2011-ci ilin yekunlarına dair hesabat məruzəsini Baş nazir Artur Rasizadənin edəcəyi gözlənilir.

Əməkdaşımız bir neçə millət vəkili ilə əlaqə saxlayaraq onların hökumətin təqdim etdiyi hesahatla bağlı münasibətlərini öyrənməyə çalışıb. Lakin deputatlar hələlik heç bir fikir bildirmək istəmədiklərini qeyd ediblər.

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev Azərbaycan hökumətinin parlamentə təqdim etdiyi hesabatla tanış olduğunu bildirib. Deputat qeyd edib ki, Nazirlər Kabinetinin illik hesabatı ilə bağlı öz münasibətini martın 16-da Milli Məclisdə bildirəcək:

“Əlbəttə, Azərbaycan hökumətinin 2011-ci ildə gördüyü işlərlə bağlı Milli Məclisə təqdim etdiyi hesabatla tanış olmuşam. Mən indidən hökumətin hesabatına münasibət bildirmək istəməzdim. Martın 16-də mən də hər bir millət vəkili kimi öz münasibətimi Milli Məclisin iclasında bildirəcəm”.

Parlamentin İqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli də hər il olduğu kimi hökumətinin hesabatını dərindən incələdiyi və bununla bağlı hələlik heç bir münasibət bildirmək istəmədiyi qeyd edib.

“Etikaya uyğun olaraq iki gündə səbr eləməlisiniz. Qeyd edim ki, mən Nazirlər Kabinetinin Milli Məclisə təqdim etdiyi hesabatı nəzərdən keçirmişəm, onunla tanış olmuşam. Hesabat haqqında müəyyən fikirlərim də formalaşıb. Amma, mən fikirlərimi indi yox, parlamentdə çıxış edərkən bildirmək istəyirəm. Mən  etikaya əməl edərək qabaqcadan fikir bildirmək istəməzdim. Münasibətimi və rəyimi Milli Məclisin ayın 16-da keçiriləcək iclasında ortaya qoyacam”

Əlaqə saxladığımız digər parlamenatarilər də Nazirlər Kabinetinin 2011-ci il üçün hazırladığı hesabatla bağlı öz fikir və rəylərini martın 16-da Milli Məclisdə bildirəcəklər.

Anar RÜSTƏMOV

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım