Modern.az

İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı

İraqda saxlanılan 2,6 min etirazçı azadlığa çıxdı

8 Dekabr 2019, 21:46

İraq hakimiyyəti ölkədə keçirilən etiraz aksiyası zamanı saxlanılan 2626 nəfəri sərbəst buraxıb.

Modern.az  "RİA Novosti"yə istinadən xəbər verir ki, bu barədə İraq Ali Məhkəmə Şurasının mətbuat xidmətindən bildiriblər.

Bəyanatda bildirilir ki, etiraz aksiyası işlərinə baxan orqanlar dekabrın 8-i üçün 2626 nümayişçinin sərbəst buraxıldığını elan ediblər.

Bəyanatda qeyd edilir ki, 181 saxlanılan nümayişçi barəsində istintaq davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu