Modern.az

Gədəbəydə 150 müəllimin işdən çıxarılmasi ciddi problemə səbəb olub

Gədəbəydə 150 müəllimin işdən çıxarılmasi ciddi problemə səbəb olub

Təhsil

14 Mart 2012, 17:17


Hazırda rayonda 300-ə yaxın müəllimə ehtiyac var. Bu barədə məlumatı Modern.az-a Gədəbəy rayon Təhsil Şöbəsinin müdiri Ramiz Məmmədov verib. Onun sözlərinə görə, rayonda boş olan müəllim yerləri barədə məlumat Təhsil Nazirliyinə göndərilib. Lakin rayona gəlib müəllim işləmək istəyənlər yoxdur.
Ramiz Məmmədov deyib ki, Gədəbəyin əksər kəndlərində bütün fənlər üzrə müəllim çatışmazlığı var. Bu problem əsasən ucqar kəndlərdə özünü daha qabarıq şəkildə göstərir.
“Rayona gələn olur, bir neçə ay işlədikdən sonra yaşayış amilləri onu qane etmədiyinə görə çıxıb gedir”- deyə R.Məmmədov bildirib.
Onun sözlərinə görə, rayonda daim müəllim çatışmazlığı hiss olunub. Şöbə müdiri ötən il Əmək Məcəlləsinə edilən dəyişiklikdən sonra 150 nəfərlə əmək müqaviləsinə xitam verilməsinin rayonun əhsil sistemini daha da çıxılmaz vəsiyyətə saldığını vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal