Modern.az-ın məlumatına görə, ATƏT-in Bakı Ofisi Azərbaycanda fəaliyyət göstərən siyasi partiya liderlərinin dialoqunu təşkil edəcək. Bununla bağlı ATƏT-in Bakı Ofisi siyasi partiya liderləri ilə məsləhətləşmələr aparıb və belə bir tədbirin keçirilməsi üçün bütün tərəflərdən müsbət cavab alıb. Məsləhətləşmənin hakim Yeni Azərbaycan Partiyası (YAP) və eləcə də müxalifət partiyaları liderləri ilə də aparıldığı bildirilib. Dialoqun nə zaman keçirilməsi və harada keçiriləcəyi hələ dəqiqləşdirilməyib.