Modern.az

Sabah hava yenidən pisləşəcək, qar yağacaq

Sabah hava yenidən pisləşəcək, qar yağacaq

Təhsil

14 Mart 2012, 17:59

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Modern.az-a verilən məlumata görə, yaxın 2 gün ərzində ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Temperatur ötən günlərlə müqayisədə 4-6 dərəcə aşağı enəcək. 

Bakıda və Abşeron yarımadasında sabah - martın 15-də buludlu, arabir yağıntılı hava şəraitinin üstünlük təşkil edəcəyi, axşam bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. Güclü şimal-qərb küləyi əsəcək. Havanın temperaturunun gecə 1-3 dərəcə isti, günün birinci yarısında 5-7 dərəcə isti, axşam 2 dərəcəyədək isti olacağı gözlənilir. 
Rayonlarda da hava şəraitinin arabir yağıntılı olacağı, sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir güclənən qərb küləyi əsəcək. 
Havanın temperaturu gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, gündüz 7-12 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Yüksək dağlıq ərazilərdə havanın minimal temperaturunun 6-11 dərəcə şaxta olacağı gözlənilir. 


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal