Dünyanın bir çox ölkələrində, xüsusən liberal dəyərlərin aşılandığı Avropa və ABŞ-da insanların fərqli cinsi orientasiyalara (heterosekual, homoseksual, biseksual, transeksual və s.) malik olması təccüblü hal deyil. Əksinə, XX əsrin 70-ci illərinə qöədər tabu olan bu mövzuda əksər homoseksual qadın və kişilər ictimaiyyət önündə açıq eturafkar edirlər.
Xüsusən, son illər Avropa və bir az ABŞ siyasi arealında homoseksuallıqlarını gizlətməyən siyasətçilərin – şəhər merlərinin, partiya liderlərinin və hətta ölkə başçılarının sayı durmadan artır.
Modern.az dünya siyasətinin ən məşhur populyar homoseksullarını təqdim edir.
Ksavye Bettel – Lüksemburqun baş naziri
Lüksemburqun hazırkı baş naziri homoseksual olduğunu gizlətmir. Hələ 2010-cu ilin martında o belçikalı memar Qotye Destene ilə partynor münasibətlərinə girib. 2015-ci ilin yanvarında ölkədə eynicinsli nihaklar rəsmiləşdirildi, həmin ilin avqustunda isə cütlük nikaha daxil oldu.
Maraqlıdır ki, baş nazirin müavini Etyen Şnayder də homoseksualdır. O 2016-cı ilin noyabrında partnyoru Jerom Domanjla nikaha daxil olub.
Leo Varadkar – İrlandiyanın baş naziri
İrlandiya hökumətinə ixtisasca həkim olan Leo Varadkar başçılıq edir. Hindistanlı miqrantla irland qadının izdivacından doğluna hökumət rəhbəri 2015-ci ilin yanvarında, hələ səhiyyə naziri olarkən homoseksuallığını etiraf etmişdi. 2015-ci ilin mayında keçirilən referendumda əhalinin 62,1%-I eynicinsli nikahların rəsmiləşdirilməsinə səs verdi.
Leo Varadkar 5 ildir ki, kardioloq Metyu Baretlə evlidir.
Ana Brnabiç – Serbiyanın baş naziri
2017-ci ilin iyununda pravoslav Serbiya dövlətinə 42 yaşlı Ana Brnabiç təyin olundu. Buna qədər yerliidarəetmə naziri olan xanım siyasətçi lesbiyandı və qadın partnoyu ilə birlikdə yaşayır.
Yohanna Siqurdardottir – İslandiyanın eks-baş naziri
Hökumət başçısı seçilən ilk homoseksual şəxs İslandiya baş naziri Yohanna Siqurdardottir olub. 2009-cu ildə baş nazir seçilən xanım siyasətçi həmən il də uzun illər sevgilisi olan jurnalist Yanina Liosdottirlə evlənib.
Qido Vestervelle – Almaniyanın sabiq vitse-kansleri, xarici işlər naziri
Qido Vestervelle 2009-cu ilin oktyabrından 2013-cü ilin dekabrına qədər Almaniyanın xarici işlər naziri, 2009-2011-ci illərdə isə vitse-kansler olub. Vestervelle gey olmasını ilk dəfə 2004-cü ildə Angela Merkelin 50 illik yubileyinə öz sevgilisi Mixael Mrontsla gələrək göstərmişdi. 2010-cu ildə cütlük münasibtlərini rəsmiləşdirib. Qido Vestervelle 2016-cı ildə leykemiyadan keçinib.
Dünyanın məşhur homoseksual siyasətçiləri sırasında Berlinin eks-meri Klaus Voverayt, Parisin eks-meri Bertran Delanoe, ABŞ Nümayəndələr Palatasının üzvü Şon Patrik Maloni, Belçikanın eks-baş naziri Elio Di Rupo var.