Modern.az

Azərbaycanda dovşandodaq uşaqlar pulsuz əməliyyat olunacaqlar

 Azərbaycanda dovşandodaq uşaqlar pulsuz əməliyyat olunacaqlar

15 Mart 2012, 11:41

Azərbaycana səfər edən Yer Üzü Həkimlər Dərnəyinin Türkiyə təmsilçisi və Qadın Sağlıqçılar Dayanışma Dərnəyinin rəhbəri Sare Davudoğlu bu ilin may ayında “Lider Qadınlar” Birliyinin dəvəti ilə yenidən Bakıya gələcəklərini deyib.

Modern.az saytına açıqlamasında Türkiyə xarici işlər nazirrinin həyat yoldaşı Sare Davudoğlu bildirib ki, bu zaman Azərbaycanda pulsuz əməliyyat edəcəklər: “Anomalli, marfosyonlu, dodaq- damaq yarıqlı doğulmuş uşaqların  əməliyatını edirik. Zənn edirəm ki, aprel- may aylarında Heydər Əliyevin doğum gününden əvvəl Məlahət İbrahimqızının təşkilatçılığı ilə ile dodaq damaq yarıqlı bir qrup uşağı dərnəyimizin plastik cərrahları əməliyyat edəcəklər”.

Qeyd edək ki, Sare Davudoğlu müxtəlif adlı layihələrlə dünyanın müxtəlif bölgələrində, xüsusən də Afrikanın geridə qalmış ölkələrində dərnəyin cərrahları tərəfindən bu cür əməliyyatların edilməsinə rəhbərlik edir.

Şahanə Rəhimli

                            

 

Sizə yeni x var
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər