“Gənclərin Təşəbbüsünə və İnkişafına dəstək” İctimai birliyi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “İmadəddin Nəsimi irsi və müasir gəncliyimiz ” adlı layihəsi çərçivəsində tədbirləri başa çatıb.
Layihənin əsas məqsədi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin "Nəsimi ili” elan edilməsi bağlı gənclər arasında intellektual oyunların təşkili, asudə vaxtını səmərəli təşkili, təhsilə, elmə olan marağını artılması, Azərbaycanın adət-ənənələrinin, milli mədəniyyətini, milli tariximizin haqqında biliklərinin artmasına və möhkəmlənməsinə, yeni istedadlarının üzə çıxarılmasına və cəmiyyətə inteqrasiya olunmasına təkan verməsidir.
Tədbirlərdə Azərbaycanda həyata keçirilən gənclər siyasətinin, gənclərə göstərilən diqqət və qayğının əsasında ölkəyə layiqli vətəndaş və sağlam nəslin yetişdirilməsi barədə müzakirələr aparılıb.
Tədbirdə müəllim və tələbələrlə yanaşı, orta məktəb şagirdləri, cəmiyyətin fəal gəncləri də iştirak edib.