Modern.az

Quba rayonuna yeni icra başçısı təyin olunub

Quba rayonuna yeni icra başçısı təyin olunub

15 Mart 2012, 19:46

Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı Mübariz Alı oğlu Ağayevin iş yeri dəyişdirilib. Belə ki, o, Quba rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Modern.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq sərəncamlar imzalayıb.

Prezidentin rəsmi saytında yerləşdirilən sərəncamda bildirilib ki, Mübariz Alı oğlu Ağayev Quba rayonu İcra hakimiyyətinin başçısı təyin edilib.

Ddigər sərəncamla M.Ağayev Mingəçevir şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Qeyd edək ki, Prezident İlham Əliyev martın 2-də Quba rayonu İcra Hakimiyyətinin başçısı Rauf Həbibovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalamışdı.

Rauf Həbibov martın 1-də Qubada keçirilən etiraz aksiyasından sonra istefa vermişdi.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI