Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az xəbər verir ki, Bakı-Qazax yolunun Goranboyun Borsunlu kəndindən keçən hissəsində məktəblini “Hyundai” markalı avtomobil vurub.
Ağır xəsarət alan məktəbli rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib (apa).
Fakt araşdırılır.
***
Modern.az-ın əldə etdiyi məlumata görə, avtomobilin vurduğu məktəbli 15 yaşlı Borsunlu kənd sakini Gülzarə Afiq qızı Əhmədovadır.