Modern.az

“Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ

“Amerika Türkiyəni sürətlə itirir” - Politoloq Senatın “erməni soyqırımı”nı tanımasını ŞƏRH ETDİ

Analitika

13 Dekabr 2019, 10:51

ABŞ Senatı qondarma  "erməni soyqırımı"nın tanınması barədə qətnamə qəbul edib.

Qətnaməni demokrat senator Robert Menendez və respublikaçı senator Ted Kruz təqdim edib.

Qeyd edək ki, buna qədər 3 dəfə  "erməni soyqırımı"nın  müzakirəsinə veto qoyulmuşdu.

ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıması ilə Türkiyəni nə gözləyir?

 

Politoloq Elxan Şahinoğlu Modern.az-a bildirib ki, Amerika Senatının “erməni soyqırımı” qətnaməsini təsdiq edəcəyi gözlənilən idi.

 

“Bunun iki səbəbi var. Birinci səbəb o idi ki, Nümayəndələr Palatası “erməni soyqırımı” qətnaməsini böyük səs çoxluğu – 405 səslə qəbul etmişdi. “Qətnaməyə” həm demokratlar, həm də respublikaçılar birgə səs vermişdilər, yəni erməni məsələsində bir-biri ilə mübarizə aparan iki partiya konsensus əldə etmişdilər. İkincisi, baxmayaraq ki, Senatda respublikaçılar çoxluqdadırlar, onlar da Türkiyənin Rusiya ilə əməkdaşlığından, C-400 raketlərinin alınmasından narazı idilər. Yəni demokratlar və respublikaçılar erməniləri sevdiklərinə görə məlum “qətnaməni” qəbul etməyiblər. Onların əsas hədəfi qəbul edilən “qətnamə” vasitəsilə Türkiyəni cəzalandırmaq idi.

“Özləri çalıb, özləri oynayırlar” – sözlər Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğana məxsusdur”.

 

Elxan Şahinoğlu qeyd edib ki, bugünə qədər onlarla dövlət “erməni soyqırımı” qətnaməsini qəbul edib.

 

“Bunlar Türkiyənin siyasətinə zərrə qədər də təsir etməyib. Amerika prezidenti Donald Tramp sənədi imzaya da bilər, imzalamaya da. Tramp Türkiyə ilə sıx münasibətlərin tərəfdarıdır. Türkiyə C-400 raketlərində geri addım atmadığına görə, Trampın hansı qərar verəcəyini söyləmək çətnindir. Ancaq nə vaxtsa hansısa Amerika prezidenti “erməni qətnaməsi”nə səs verəcək. Amerika bu cür siyasəti ilə Türkiyəni sürətlə itirir. Ərdoğanın yerində Türkiyədə hakimiyyətdə gələcəkdə kim olsa belə, dərin yaralar alan Türkiyə-Amerika münasibətlərini yenidən strateji tərəfdaşlıq səviyyəsinə qaldırması çətin olacaq.

“Erməni soyqırımı” qətnaməsinə səs verən zehniyyət Dağlıq Qarabağ münaqişəsinin həllində ədalətli mövqe sərgiləyə bilməz. Bu tək Amerikaya aid deyil, münaqişənin həlli ilə məşğul olan digər iki həmsədr dövlət - Fransa və Rusiya parlamentləri də keçmiş illərdə eyni “qətnaməyə” səs veriblər”-deyə, politoloq bildirib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı