Modern.az

TQDK və Təhsil Nazirliyi səhvləri müzakirə edib

TQDK və Təhsil Nazirliyi səhvləri müzakirə edib

Təhsil

16 Mart 2012, 13:40

Martın 13-də Təhsil Nazirliyində Tələbə Qəbulu Dövlət Komissiyasının (TQDK) və nazirliyin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbirdə TQDK tərəfindən nəşr olunmuş "Abituriyent ” jurnalının I sayında təqdim olunmuş tarix fənni üzrə dərsliklərdə yol verilmiş səhvlər  müzakirə edilib.

TQDK-dan Modern.az-a bildirlib ki, tədbirdə  TN-nin şöbə müdiri Faiq Şahbazlı, TQDK-nın böyük məsləhətçisi Nərminə Məmmədova, dərslik müəllifləri və ekspertlər iştirak ediblər.

Görüşün sonunda dərslik müəllifləri  tarix dərsliklərində yol verilmiş səhvlərin növbəti nəşrlər zamanı aradan qaldırılacağını bildiriblə.

Modern.az

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal