Modern.az

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO

“Şahdağ” Turizm Mərkəzində xizək mövsümünə start verildi - FOTO

Aktual

14 Dekabr 2019, 17:47

Dekabrın 14-də Şahdağ Turizm Mərkəzində qış turizm mövsümünün açılışı baş tutub.

 

Modern.az xəbər verir ki, Turizm Agentliyinin təşkilatçılığı ilə mərkəzə təşkil edilən press-tur çərçivəsində jurnalistlərə kompleksdə yerləşən iaşə obyektləri - 4 hotel, xizək məktəbləri, mağazalar, restoran və kafelərin fəaliyyəti haqda informasiya verilib.

 

Turizm mərkəzinin rəhbəri Rodderich Leffler mövsümün açılışı ilə əlaqədar jurnalistlərin suallarını cavablandırıb. O, yeniliklər haqqında danışarkən qeyd edib ki, yaxın günlərdə Şahdağda SOCAR yanacaqdoldurma məntəqəsi də fəaliyyətə başlayacaq.

 

R.Leffler onb da bildirib ki, bu mövsümdə Şahdağ İstirahət Mərkəzinin qiymət siyasətinə yenidən baxılıb:

 

"Yeni mövsümdə qiymətlərdə optimallaşdırma həyata keçirilib. Xidmətlərdə ortalama 15 faiz ucuzlaşma mövcuddur. İstər yerli, istərsə də xarici turistlərin Şahdağ Turizm Mərkəzinə marağı artıb. Gözləntilərimizə görə bu mövsümdə öncəki illərlə müqayisədə daha çox turist qonaqlayacağıq".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi