Modern.az

Fazil Mustafa: "Azərbaycanda “qazıntı ili” elan olunsun"

Fazil Mustafa: "Azərbaycanda “qazıntı ili” elan olunsun"

Parlament

16 Mart 2012, 14:58

Millət vəkili Fazil Mustafa Milli Məclisinn bu keçirilən plenar iclasında də çıxış edərək ölkə başçısının əmanətlərin geri qaytarılması ilə bağlı imzaladıı fərmana münasibət bildirib. Onun sözlərinə görə, sovetlər dönəmində banklarda batan əmanətlərin cəmi 10 faizinin qaytarılması ədalətsizlikdir:

“Azərbaycan hökumətinin hesabatı ərəfəsində sovet dönəmində banklarda qalan əmanətərin qaytarılması ilə bağlı prezidentin fərmanına əsasə təəssüflər olsun ki , əmanətlərin cəmi 10 faizi qaytarılacaq. Bu ədalətli yanaşma deyil. Bəlkə biz bu məsələni müzakirə edək, şəffaflıq işi olsun”-deyə qeyd edən millət vəkili Bakıda qoyulan Koroğlu abidəsində Koroğlunun qılıncının xaşpərəstlərə məxsus qılınc olduğunu bildirib.

“Bakıda qoyulan abidədə Koroğlunun qılıncı xaşpərəstlərə məxsus bir qılıncdır. Əslində isə Koroğlunun qılıncı misri qılınc olmalıdır. Bu necə ola bilər axı, məncə məsələ mütləq həllini tapmalıdır”

Deputat daha sonra q dövlət invesitisiyaları ilə bağlı məsələyə toxunaraq bu layihələrin ictimaiyyətdən gizlədildiyini deyib. Millət vəklili hesab edir ki, dövlət invesitisiya  layihələri ilə bağlı Maliyyə Nazirliyin təqdimatı ilə Nazirlər Kabinetinin siyahısı arasında ciddi xəta var: “Çox maraqldır bu nədən irəli gəlir. Niyə bu layihələr cəmiyyətə açıqlanmır”.

F.Mustafanın qeyd etdiyi əsas məsələlərdən biri də korrupsiya ilə bağlı olub. Deputat müraciət edərək korrupsiya ilə ciddi mübarizə aparmağın vacibliyini bildirib, seçicilərin ona ünvaladığı şikayəti parlamentin diqqətinə çatdırıb:

“Bəyan eləmək lazımdır ki, korrupsiyaya qarşı mübarizə aparılacaq, yoxsa aparılmayacaq. Mən konkret seçicilərlə bağlı fakt demək istəyirəm: Bakı Fəhəsi Zavodunda işçilər ciddi problemlərinin olması haqda mənə müraciət etmişdilər. Orada müəyyən problemlər var idi, insanlar mənə bildirdilər ki, öz problemlərilə bağlı rəhbərliyə müraciət ediblər. Məsələ qismən həll olunsa da, orada sonra belə bir tendensiya yaranıb ki, kim korrupsiya ilə bağlı şikayət edərsə, onu işdən çıxardırlar”.

Millət vəkili plenar iclasda təyyarə biletlərinin qiymətlərinin qaldırılması haqda məsələyə toxunub bildirib ki,  Bakı-Ankara, Ankara-Bakı təyyarə bileti 320 manata olduğu halda, biletlərin qiymətləri 800 AZN-ə qalxıb. Deputat qiymət artımı ilə yanaşı, hava limanında şəhər istiqamətinə marşrutun olmamasını da çıxışına əlavə edib.

Sonda F.Mustafa yollarda aparılan qazıntı işləri ilə bağlı Azərbaycanda bu ilin “qazıntı ili” elan olunması haqda təklif irəli sürüb. Millət vəkilinin sözlərinə görə yollarda su, qaz, kanalizasiya ilə bağlı qazıntılar başa çatdırılmalı və yolların təmiri budan sonra aparılmalıdır.
“Azərbaycanda yeni yollar salınır, gözəl asfalt çəkilir. Sonra gəlib kimsə yolları qazıb bərbad günə salır”.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım