Modern.az

Rövnəq Abdullayev bütün deputatlara şokolad payladı

Rövnəq Abdullayev bütün deputatlara şokolad payladı

Parlament

16 Mart 2012, 15:16

Modern.az saytının  əməkdaşı Milli Məclisin bu gün keçirilən iclası zamanı maraqlı məlumat öyrənib.

Məlum olub ki, deputat, ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev bütün millət vəkillərini Novruz bayramı münasibətilə özünəməxsus tərzdə təbrik edib.

Belə ki, R.Abdullayevin adından Novruz bayramı ilə əlaqədar hər bir deputata bir qutu şokolad hədiyyə olunub.

Millət vəkilləri Rövnəq Abdullayevbu təbrikini sürpriz kimi qiymətləndiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım