Modern.az xəbər verir ki, bu gün Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirilib. Komitənin iclasında deputat Elmira Axundova gənc ailələrin sosial müdafiəsi haqqında qanun layihəsinin hazırlanıb müzakirə olsunması ilə bağlı məsələ qaldırıb.
Komitə sədri Hadı Rəcəbli də bildirib ki, artıq bu məsələ ilə bağlı Milli Məclisin sədrinin müsbət rəyini alıb və parlamentin yaz sessiyasında belə bir qanun layihəsi hazırlanacaq.
Sosial siyasət komitəsinin iclasında psixatriya yardımı haqqında qanuna dəyişiklik edilməsilə bağlı sənəd də qəbul olunub. Burada məsələ ondan ibarətdir ki, İnsan hüquqları üzrə müvəkkil və milli preventiv qrup üzvləri istənilən vaxt, maneəsiz, əvvəlcədən xəbərdarlıq etmədən psixatriya müəssisələrinə daxil ola biləcəklər.
Modern.az