Modern.az

Kürdə suyun səviyyəsi yarım metrdən çox artıb – Baş hidroloq

Kürdə suyun səviyyəsi yarım metrdən çox artıb – Baş hidroloq

16 Dekabr 2019, 14:21

Respublikanın çaylarında mövcud vəziyyət dəyişib.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev Modern.az-a bildirib ki, dekabr ayının ilk yarısını götürəndə çaylarda nisbətən artım müşahidə olunub.

 

“Kür çayının Gürcüstandan gələn hissəsində suyun səviyyəsində 10 santimetr artım müşahidə olunub. Eyni zamanda, Araz çayının ölkəmizə daxil olan hisssində suyun səviyyəsində 15 santimetr, Respublikanın daxilində Kür çayının Yevlax məntəqəsində 4 santimetr artım müşahidə olunub. Sabirabad rayonu ərazisində 25, Salyanda 52, Neftçalada 21 santimetr nisbətən artım müşahidə edilib”.

 

Asif Verdiyev qeyd edib ki, ümumi götürdükdə çaylarda suyun səviyyəsi keçən illə müqayisədə xeyli aşağıdır:

 

“Eyni zamanda, Respublikanın daxilində formalaşan dağ çaylarında da suyun səviyyəsi keçən illə müqayisədə xeyli aşağıdır. Hal-hazırda Böyük Qafqazın çaylarında sululuq 10 günlük norma daxilində, Kiçik Qafqazda norma daxilində və normadan bir qədər az, Lənkəran-Astara bölgəsi çaylarında isə normadan az sululuq müşahidə olunmaqdadır. Bunun da əsas səbəblərindən biri son günlərdə dağlıq ərazilərdə və alçaq dağlıq ərazilərdə yağıntının az olması ilə əlaqədardır. Bu həm Respublika daxilində, eyni zamanda transərhəd çaylarda yağıntının az düşməsi ilə əlaqədardır. Hansı ki, transərhəd çaylar birbaşa qonşu ölkələrdə formalaşaraq Azərbaycana daxil olur”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya ani hücum-Bu şəhərlər bombalandı