Modern.az

Qubalı deputat yeni icra başçısı haqqında danışdı: "Onu tanımıram"

Qubalı deputat yeni icra başçısı haqqında danışdı: "Onu tanımıram"

Təhsil

16 Mart 2012, 17:41

Qubadan seçilmiş deputat Yevda Abramov rayon İcra Hakimiyyətinə yeni icra başçısı təyinatına münasibət bildirib.

O Modern.az saytına deyib ki, yeni təyin olunmuş icra başçısı Mübariz Ağayev haqqında ətraflı informasiyaya malik deyil.

“Mən onu tanımıram. Bircə onu bilirəm ki, Mingəçevrdən gəlib”.

Bundan sonra orada problemlərin olub-olmayacağına gəlincə isə deputat qeyd edib ki, hər şey insanın öz əlindədir. İnsanlarla dil tapıb işləmək lazımdır.

“Azərbaycanın ən yaxşı rayonlarından biri Qubadır. Sadəcə olaraq insanlarla dil tapıb işləmək lazımdır”.

Martın 15-də Prezident İlham Əliyevin sərəncamı ilə Mingəçevir şəhəri İcra hakimiyyətinin başçısı vəzifəsindən azad edilən Mübariz Ağayevin iş yeri Quba rayonu İcra Hakimiyyətinə dəyişdirilib.


Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal