Modern.az xəbər verir ki, bu gün Çempionlar Liqasında 1/4 final və yarımfinal mərhələsinin püşkü atılıb. Püşkatma İsveçrənin Nyon şəhərində baş tutub.
1/4 final mərhələsinə vəsiqə qazanan 8 komanda - "Barselona" (İspaniya), "Milan" (İtaliya), "Benfika" (Portulqaliya), APOEL (Kipr), "Marsel" (Fransa), "Bavariya" (Almaniya), "Real" (Madrid) və "Çelsi" (İngiltərə) klubları bu gün öz rəqiblərini tanıyıblar.
Qeyd edək ki, 1/4 final mərhələsinin oyunları 27-28 mart və 3-4 aprel tarixlərində keçiriləcək.
1/4 final mərhələsi
1. APOEL (Kipr) - "Real" (Madrid)
2. "Marsel" (Fransa) - "Bavariya" (Almaniya)
3. "Benfika" (Portulqaliya) - "Çelsi" (İngiltərə)
4. "Milan" (İtaliya) - "Barselona" (İspaniya)
Yarımfinal mərhələsi
1. "Marsel" (Fransa) - "Bavariya" (Almaniya) cütünün qalibi - APOEL (Kipr) - "Real" (Madrid) cütünün qalibi ilə
2. "Benfika" (Portulqaliya) - "Çelsi" (İngiltərə) cütünü qalibi - "Milan" (İtaliya) - "Barselona" (İspaniya) cütünün qalibi ilə
Final
1-ci cütün qalibi - 2-ci cütün qalibi
***
Avropa Liqasının da 1/4 final mərhəsinin püşkü atılıb:
“Az-Alkmaar” (Hollandiya) - “Valensiya” (İspaniya)
“Şalke 04” (Almaniya) - “Atletik” (İspaniya)
“Sportinq” (Portuqaliya) - “Metallist” (Ukrayna)
"Atletiko" (İspaniya) - “Hannover” (Almaniya)