Əli Məsimli
Milli Məclisin deputatı
2011-ci ildə Azərbaycan iqtisadiyyatının istehsal, maliyyə və sosial sektorunda həyata keçirilən tədbirlər dünya iqtisadiyyatında baş verən mənfi meyllər fonunda müsbət nəticə kimi qiymətləndirilə bilər. Bununla belə 2011-ci ilin sosial-iqtisadi nəticələri bir sıra risk və təhlükələr kontekstindən dəyərləndirildikdə fikirləşmək və hökumətin gələcək fəaliyyətində nəzərə alınması üçün zəngin material veirir. Belə ki, ötən il Azərbaycan iqtisadiyyatında artım templərinin son 15 ildə Azərbaycana xas olmayan bir dərəcədə aşağı düşməsi bir sıra riskləri daha da gücləndirmişdir:
Birinci risk Azərbaycan iqtisadiyyatında müşahidə olunmağa başlayan staqnasiya təhlükəsi ilə bağlıdır. Belə ki, son bir neçə ildə olduğu kimi, 2011-ci ildə də Azərbaycan əhalisi 1,3 faiz artmışdır. Əhalinin bu cür sürətlə artımı iqtisadiyyatın azı 4 faiz artımını zəruri edirdi. Amma ötən il 5 faizdən yüksək iqtisadi artım pronozlaşdırılsa da, real artım cəmi 0,1 faiz olmuşdur. Əgər nəzərə alsaq ki, ötən il müxtəlif qiymətləndirilmələrə görə dünya iqtisadiyyatında 3-4 faiz, MDB iqtisadiyyatında isə 4,7 faiz artım olmuşdur, onda Azərbaycanda ötən il ÜDM-un artımının 0,1 faizə enməsi riskləri də artırmışdır. Amma bu məsələyə ötən il qeyri-neft sektorunda 9,4 faizlik yüksək artım kontekstindən yanaşmaqla fikir yürütsək, 2011-ci ilin sosial-iqtisadi nəticələrini iqtisadi artımın staqnasiya ilə balanslaşdığı il kimi səciyyələndirmək olar. 2012-ci ilin ilk aylarının göstəriciləri göstərir ki, yenə də neft hasilatı aşağı düşməkdə, qeyri-neft sektoru isə artmaqda davam edir. Bu meylin staqnasiya, yoxsa inkişafa doğru yön alacağı xeyli dərəcədə hökumətin yaxın vaxtlarda həyata keçirəcəyi islahatlar siyasətindən asılı olacaqdır.
Bu meyllərin inkişafa doğru yönəldilməsi üçün hökumət əsaslı islahatlara başlamalı, xüsusən də sənaye siyasətində əsaslı dəyişikliklər etməli, elmtutumlu, rəqabət qabiliyyətli emal sənayesinin inkişafına diqqəti artırmalıdır. Son 20 ildə Azərbaycan əhalisinin sayının 1,3 dəfə artması fonunda emal sənayemızın nəticəsə 1990-cı il səviyyəsindən təqrəbən 2 dəfə aşaəğı səviyyədədər. Ona görə də emal sənayesində ayda 5 manatlıq qida məhsulu, 1 manatlıqdan az isə yüngül sənaye məhsulu istehsal olunur, qalan məhsulları isə xaricdən gətiririk. Belə çıxır ki, biz təbii sərvətlərimizi, xaricdən gətirilən geni dəyişdirlmiş, ekoloji cəhətdən təmiz olmayan və insan sağlamlığı üçün çox təhlükəli məhsullara dəyişdiririk. Bu siyasətə son qoydamqdan ötrü, islahatlar və stimullaşdırıcı vasitələr hesabına elə mühit yaratmaq lazımdır ki, istehsala qoyulan hər manat ticarətə qoyulan hər manatdan daha çox gəlir gətirsin.
İkinci risk süni qiymət artımının yaratdığı təhlükələrlə bağlıdır. Ötən il Azərbaycanda 0,1 fazlik iqtisadi artım şəraitində 8 faizə yaxın inflyasiya olmuş, əhalinin daha çox istifadə etdiyi məhsullar üzrə qiymət artımı bundan çox olmuşdur. Əgər hökumətin hesabatında deyildiyi kimi, Azərbaycan iqtisadiyyatında hər şey rəvan gedirsə, onda bu qədər yüksək inflyasiya haradandır? Həmin inflyasiyanın təqribən 2,5 faizi xaricdən gətirilən malların üzərində gətirilir. Təqribən bir o qədəri də ölkə iqtisadiyyatında gedən proseslərdən doğur. Yerdə qalan qiymət artımının hər faizindən isə işbazlar süni qoymət artımı vasitəslə, 1 manatlıq əlavə məhsul istehsal etmədən, xaricdən 1 manatlıq əlavə mal gətirmədən, sadəcə süni surətdə qiyməti artırmaqla hər faiz qiymət artımına görə 150 milyon manat zəhmətsiz gəlir əldə edirlər. 150 milyon manatın nə qədər böyük rəqəm olduğunu çatdıtmaq üçün təkcə onu qeyd etmək kifayətdir ki, 2012-ci ildə Gəncə, Sumqayıt, Şəki, Lənkəran, Mingəçevir, Yevlax, Şirvan kimi respublika tabeliyində olan şəhərlərin təsərrüfat fəaliyyətinindən gözlənilən gəlir bunda az, yəni 142 milyon manat olacaqdır. Əhalinin artan əmək haqlarının, pensiyalarının, eləcə də sovet dövründən qalan əmanətlər qaytarılarkən vətəndaşlara çatacaq vəsaitin süni qiymət artımının yeminə çevrilərək kiçik bir qrupun cibinə yox, xalqın güzəranının yaxşılaşdırılmasına yönəltməkdən ötrü hökumət təcili tədbirlər görməlidir.
Üçüncü risk əhalinin xeyli hissəsinin əmək haqlarının, xüsusən də büdcə təşkilatıarında çalışanların maaşlarının aşağı olması ilə bağlıdır. 20 il bundan əvvəl 1991-ci ildə Rusiyada adambaşına neft hasilatı bizdən xeyli yüksək olan zaman, Azərbaycanda ÜDM-da əmək haqqının payı 52 faiz, Rusiyada isə 44 faiz idi. İndi Azərbaycanda adambaşına neft hasilatı 5 tondan artıq, Rusiyada isə 4 tondan aşağıdır. Bunun müqabilində ÜDM-da əmək haqqının payı Rusiyada 50 faiz, Azərbaycanda isə 17 faizdən də aşağıdır. Ona görə də bu rəqəmlərin müqayisəsi göstərir ki, Azərbaycanda büdcə təşkilatlarında çalışanların xeyli hissəsinin maaşlarının aşağı olması heç bir tənqidə sığmır.
Dördüncü risk Şəkinin timsalında regional problemlərə biganə münasibət və ləngimələrlə bağlıdır. Şəkinin 63 kəndinin cəmi 17-si, yəni 27 faizi qazlaşdırılmışdır. Azərbaycan qazlaşdırmanın səviyyəsinin 80 faiz olması fonunda bu çox kiçik rəqəmdir və Şəki kəndlərində yaşayanların haqlı narazılığına səbəb olur. Hökumət Şəki kəndlərinin qazlaşdırılması sahəsindəki geriliyi aradan qaldırmaq üçün təsirli tədbirlər görməlidir.Yaşayış məntəqələrinin su təchizatının yaxşılaşdırılması, mövcud məktəblərin əsaslı təmiri və yeni məktəblərin tikintisi, kəndlərdə tibb ocaqlarının yaradılması, kənd yollarının təmiri və s. sahələrdə də öz həllənini gözləyən işlərin sürətləndirimləsinə ehtiyac vardır.
Müəllimlər İnstitutunun Şəki filialının bazasında Şəkidə güclü bir universitetin yaradılmasına ehtiyac vardır. Belə bir universitetin yaradılması regionda elm və təhsilin inkişafına böyük bir təkan vermiş olardı.