Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş katibi Antonio Quterreş ilə görüşüb.
Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş Cenevrədə, I Qlobal Miqrasiya Forumu çərçivəsində baş tutub.
Mətbuata qapalı keçirilən görüş 40 dəqiqə davam edib.
Görüşdə Türkiyənin bir sıra rəsmi şəxsləri də iştirak edib.