Modern.az

Kazinodakı atışmada 3 nəfər öldü

Kazinodakı atışmada 3 nəfər öldü

17 Dekabr 2019, 22:14

ABŞ-da kazinoda baş verən atışmada üç nəfər ölüb.

Modern.az  xarici mediaya istinadən xəbər verir ki, hadisə Qreyt-Fols (Montana ştatı) şəhərində baş verib.

“Emerald Kasino”da baş verən silahlı insidentlə bağlı hadisə yerinə çağırılan təcili tibbi yardım işçiləri üç nəfərin cəsədini aşkar ediblər. Daha sonra xəstəxanada silahlı insident zamanı yaralanan daha bir nəfər tapılıb.

Polis hadisəni törədən şəxsin kimliyini müəyyən edərək onun saxlanılması istiqamətində əməliyyat həyata keçirib. Lakin, adı açıqlanmayan şəxs hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi