Modern.az

Lerikə yağan qar həyatı iflic etdi

Lerikə yağan qar həyatı iflic etdi

Təhsil

17 Mart 2012, 12:21

Lerik rayon Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov Modern.az-a bildirib ki, dünən axşam saatlarından etibarən rayonun işıq təchizatında ciddi problemlər yaranıb. H.Məlikovun sözlərinə görə, Lerikdə şəhərin özündə yağan qarın hündürlüyü 50 sm-dən yuxarıdır, dağ kəndlərində isə bu göstərici 60 sm-dən çoxdur.

“Qar hal-hazırda yağmaqda davam edir.Gecə saatlarından başlayaraq, bütün rayon ərazisində işıq kəsilib”.

Komissiya sədri yollarda qarla bağlı hələ ki heç bir problemin yaranmadığını deyib:
“Yollarda hər hansı problem yaşanmayıb, Lənkaran-Lerik magistral  yolu hazırda işləyir, həmçinin rayondan kəndlərə gedən yollarda da indiyə kimi hansısa ciddi problem qeydə alınmayıb”-deyə H.Məlikov qeyd edib.

 

Mail Ağaxanov

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal