Böyük Britaniya baş naziri Boris Conson yanvarda İsveçrənin Davos şəhərində keçiriləcək ənənəvi iqtisadi foruma getməyəcək. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, nazirlərə də Davosa getməmək barədə xəbərdarlıq edib.
“Böyük Britaniya nazirləri səylərini Brexit-ə yönəltməli, milyarderlərlə şampan içməyə sərf etməməlidir”-deyə Cosnon fikrini əsaslandırıb.
Davos Ümumdünya İqtisadi Forumu bu il yanvarın 21-dən 24-nə qədər keçiriləcək. Foruma dünyanın məşhur iş adamları və siyasətçiləri qatılacaq.