Modern.az

Qəzet Anar Məmmədovdan üzr istəyib

Qəzet Anar Məmmədovdan üzr istəyib

Təhsil

17 Mart 2012, 17:59

Azərbaycanın iş adamı Anar Məmmədov haqqında böhtan yazan «Gündəm xəbər» qəzeti təkzib verib. Modern.az-ın məlumatına görə, qəzet 18 fevral 2012-ci il tarixli, N 38 (405) nömrəli sayında Anar Məmmədovun işgüzar nüfuzunu aşağa salmağa yönəldilmiş həqiqətə uyğun olmayan məlumat dərc edib. Lakin tezliklə informasiyasının dəqiqləşdirilmədən verildiyini və təsdiqlənmədiyini sübuta yetirilib.  Beləliklə qəzet öz növbəsində göstərilən məlumatların həqiqətə uyğun olmadığına bildirib və bu cür məlumatları dərc etdiyinə görə rəsmi şəkildə üzr istəyib. 

Təkzibdə deyilir:

“Gündəm xəbər” qəzetinin 18 fevral 2012-ci il tarixli, N 38 (405) nömrəli sayında dərc olunmuş məqalədəki bütün məlumatların dəqiqləşdirilmədən verildiyini və təsdiqlənmədiyini, beləliklə məlumatların həqiqətə uyğun olmadığını bildirir və bu cür məlumatları dərc etdiyinə görə üzr istəyir”. 

Qeyd edək ki, “Gündəm xəbər” qəzetinin 18 fevral 2012-ci il tarixli, N 38 (405) nömrəli sayında Anar Məmmədov haqqında həqiqətə uyğun olmayan informasiya dərc olunmuşdu. Anar Məmmədov tərəfi isə öz növbəsində informasiyanın həqiqətə uyğun olmadığını sübuta yetirmiş və “Kütləvi İnformasiya Vasitələri haqqında” Azərbaycan Respublikası Qanununun 44 və 45-ci maddələrini rəhbər tutaraq qəzetinizin növbəti sayında təkzib cap olunmasını tələb etmişdi.

 Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Görüşü yarıda qoyub Putinə zəng etdi - Kritik detal