Modern.az

“Qarabağın işğal faktı ermənilərin dili ilə dünyaya çatdırılacaq”

“Qarabağın işğal faktı ermənilərin dili ilə dünyaya çatdırılacaq”

Aktual

18 Dekabr 2019, 15:42

“Qarabağın işğal faktı ermənilərin dili ilə dünyaya çatdırılacaq”. Bunu Modern.az-a açıqlamasında Dağlıq Qarabağın Azərbaycanlı İcmasının sədri Tural Gəncəliyev bildirib.

O hələ ki, bu istiqamətdə işlər görülməsə də ümumi təşəbbüsün olduğunu vurğulayıb:

 

“İcma olaraq həm daxildə həm də xaricdə bu məsələlərə həssaslıqla yanaşırıq. Düzdür hələ ki, konkret olaraq Azərbaycanda yaşayan ermənilərlə hansısa işlər görülmür, lakin icma olaraq belə bir təşəbbüsümüz var. Yəni birbaşa olaraq həmin şəxslərin dili ilə Qarabağın ermənilər tərəfindən işğal olunması həqiqətini dünyaya çatdırmaq və ümumulikdə bu istiqamətdə işlərin görülməsi kimi fikirlər mövcuddur. Konkret təkliflər olduqdan sonra yekun qərara gəlib təşəbbüsümüzü qısa zaman ərzində həyata keçirəcəyik”.

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama